20 Sentyabr 2020 16:23
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Jalə Əhmədovanın Teleqraf.com xəbər portalına verdiyi müsahibədə Vinq Çun Döyüş Sənəti ilə bağlı dediklərində uyğunsuzluq var. Jalə Əhmədova 2017-ci ilin ortalarında, o zaman Azərbaycan Vinq Çun Döyüş Sənəti idman klubuna üzv olaraq usta Asif Sayadovun yanında məşqlərə başlayıb. Hətta bir neçə ay sonra həmin klubun hüquq məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

Bu barədə Teleqraf.com-a Vinq Çun Döyüş Sənəti idman klubundan daxil olan məlumatda qeyd olunub.

Bildirilir ki, Jalə Əhmədova kluba gələnə qədərki dövrdə klub artıq 10 il idi ki, ölkəmizdə fəaliyyət göstərirdi: "2008-ci ildə bu döyüş sənəti ölkəmizə məhz Asif Sayadov tərəfindən gətirilib. Hətta iki böyük beynəlxalq təşkilatın ölkəmizdəki rəsmi nümayəndəsidir. Jalə xanıma qədər olan dövrdə klub dəfələrlə federasiya yaratmaq haqqında Gənclər və İdman Nazirliyinə vəsatət qaldırıb. Demək olar ki, artıq bu məsələ öz həllini tapırdı. Lakin müsahibəsində göstərilir ki, guya Asif Sayadov hec vaxt federasiya yaratmaq haqqında fikirləşməyib. Federasiyamızın yaranmasında digər üzvlərimiz kimi Jalə xanımın da mənəvi dəstəyi olub, bu, danılmazdır. Hətta Asif Sayadov Jalə xanımı federasiyanın özündən sonra ikinci təsisçi kimi qeydiyyata aldırıb. Yəni Jalə xanım təsisçi yox, təsisçilərdən biridir. Federasiyanın inkişafında, nailiyyətlər qazanmasında, fəaliyyətində təkcə Jalə xanımın yox, digər Asif Sayadova dəstək olan və hazırda federasiyanın vitse-prezidentləri olan Mahmud Mehdioğlu, Ramin Əliyev və İlqar Mustafayev kimi insanların da böyük əməyi olub", - deyə vurğulanıb.


Müəllif: Teleqraf.com