21 Sentyabr 2020 10:24
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi daxil edilib.

Onlayn toplantıda komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi də aparacaq.

Eyni zamanda bu gün Gənclər və idman komitəsinin də iclası olacaq Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçiriləcək. Teleqraf.com xəbər verir ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə geniş hesabatı təqdim olunacaq. Komitə üzvləri, həmçinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsini müzakirə edəcəklər. Sonra deputatlar cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.


Müəllif: Cavad