21 Sentyabr 22:24
2 414

Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (TMMN) məlumat yayıb.

"Ermənistan Tovuz bölgəsində atəşkəsi pozaraq qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır", - deyə TMMN-nin paylaşımında vurğulanır.

Qeyd edək ki, bu gün Ermənistan hərbi birləşmələri cəbhə xəttində yenidən təxribata cəhd edib. Nəticədə bir hərbi qulluqçumuz şəhid olub.


Müəllif: Teleqraf.com