14 Oktyabr 2014 19:40
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, məqsədi ilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, 2013-cü ildə Komitə tərəfindən Bakı şəhərinin rayon İcra hakimiyyətləri ilə birgə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı genişmiqyaslı layihəyə start verilərək bu, 2014-cü ildə layihə uğurla davam etdirilib.
Layihənin növbəti tədbiri Ağdaş rayonunun Heydər Əliyev mərkəzində keçirilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Sədaqət Qəhrəmanova, ziyalılar, ağsaqqallar, gənc nəslin nümayəndələri, uzunömürlü ailələr və digər qonaqlar iştirak edib.

Tədbiri Ağdaş Rayon İcra Hakimiyyətinin başçısının müavini Cavid Osmanov açıb.
Tədbirdə “Azərbaycan Ailəsi” filmlər festivalında iştirakçı olmuş və böyük uğur qazanmış “Ağ-qara” və “Fəridin dünyası” filmləri nümayiş olunub.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Komitənin fəaliyyəti qadınların fəallığı fəallığın artırılması istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib. Ər-arvad münasibətlərinin gənclərə örnək olmasının vacibliyindən, nikah müqaviləsinin əhəmiyyətindən, nikahın pozulması nəticəsində qadınların həyatlarında yarandığı problemlərdən, aliment probleminin müasir ailələri narahat edən problemlərdən biri olduğindan bəhs edib.

Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev gəncləri ailə həyatı qurarkən böyüklərin məsləhətlərinə gulaq asmağa çağırıb.

Sonda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova dövlətin hər bir ailənin vəziyyəti ilə maraqlandığını, qadınların savadlı olmaqlarının, kişilərin ailə həyatına hazır olmaqlarının vacibliyini vurğulayıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər