29 Sentyabr 2020 14:56
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İslam Respublikasının vətəndaşı Məsud Əhməd Azərbaycan Prezidenti İlham Əliyevə dəstək məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, M.Əhməd Pakistanın Multan şəhərindən Azərbaycan Prezidentinə yazır: “Möhtərəm cənab Prezident. Mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram. Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yanaşı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür”.

M.Əhməd Azərbaycana dua etdiklərini qeyd edir: “Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dualarımız Sizlərdən əksik deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər