“Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Kropivnitskiy şəhərindən olan Qorovaya Natalya Vasilyevna Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yazır. Q.N.Vasilyevna işğal olunmuş ərazilərin azad olunması üçün Azərbaycan Ordusunun tərkibində könüllü döyüşmək istədiyini bildirib. “Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”, - o yazır.