1 Oktyabr 2020 17:25
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə saat 21:00-dan ertəsi gün 06.00-dək xidmət aparır.

Bu barədə Teleqrafcom-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, komendant saatının tətbiq olunduğu müddətdə piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir.

Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericliyin tələblərinə uyğun olaraq tədbir görülür.


Müəllif: Hacı Zeynalov