Düşmən informasiya təxribatına davam edir.
Teleqraf.com xəbər verir ki, bu dəfə təxribat xarakterli səs yazısı yayılıb.
Sosial şəbəkələrdə yayılan səs yazısında iddia olunur ki, əhali Bakıdan və digər böyük şəhərlərdən ölkənin dərinliyində yerləşən ərazilərə köçür.
Məğlub olan Ermənistan belə saxta informasiya və səs yazıları ilə özünə təsəlli verir.
Qeyd edək ki, 916 kodu ilə mobil telefonlara zəng edilir və bu səs yazısı əhaliyə çatdırılır.
Bu, düşmənin növbəti təxribatıdır, inanmayın.