Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.
Teleqraf.com məktublardan bir neçəsini təqdim edir:
"Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Öz adımdan, ailəmiz adından və Hyustonda yaşayan azərbaycanlılar adından Sizi və şanlı Ordumuzu düşmən üzərində gözəl qələbələrə görə ürəkdən təbrik edir və alqışlayıram.
Sizə haqq işimizdə uğurlar arzu edirik.
Sizin xarici informasiya agentliklərinə müsahibələrnizi izlədikcə belə müdrik, yüksək təhsilli, humanist və eyni zamanda, Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik.
Sizi dəstəkləyirik və əlimizdən gələn yardımı etməyə hazırıq.
İşimiz haqdır, qələbə bizimlədir!"
Dərin hörmətlə,
Təranə Teylor
Amerika Birləşmiş Ştatları, Hyuston şəhəri.
***
"Zati-aliləri cənab İlham Əliyev.
Möhtərəm cənabınıza Allahın salamı olsun.
Ermənistan tərəfindən Azərbaycan torpaqlarında törədilən açıq-aşkar cinayətlərlə müşayiət olunan son xəbərləri böyük təəssüf və ürək ağrısı ilə izlədik.
Harada olmağımızdan asılı olmayaraq, var qüvvəmizlə Sizin - qardaşlarımızın yanında olmaq, ölkənizə qarşı müharibədə haqlarınızı və torpaqlarınızı qoruyarkən Sizə dəstək vermək bizim müsəlmanlıq borcumuzdur.
“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz” (Quran, Al İmran, 160). Şükürlər olsun Allaha, bu gün Siz Vətəninizi müdafiə etməklə özünüzü iki xoş əməldən biri qarşısında qoymusunuz: zəfər və ya da şəhadət. Ağlı başında, bəsirətli insanlar Sizin mövqeyinizin ədalətli olduğunu, müdrik addımlarınızı, səbrinizi və sülh məramınızı görürlər.
Biz Seneqaldan Sizinlə tam həmrəyliyimizi, yanınızda olduğumuzu bəyan edir, Allahın düşmənlərinizə qarşı Sizə kömək olması, gücünüzü artırması, bütün müsəlmanların izzəti və fəxri olaraq qalmağınız üçün dua edirik.
Qələbəyə yaxın olduğunuzu bəyan edərək Sizə “Davam edin, Allah sizinlədir!” deyirəm.
Bəyan edirik ki, Siz istədiyiniz vaxt yanınıza gələrək ölkənizi qorumaq, zəfərinizi yaxınlaşdırmaq üçün müharibəyə qatılmağa hazırıq. Allahın nəzərləri üzərinizdə olsun!"
Bir daha Sizinlər həmrəy olduğumuzu və Sizi dəstəklədiyimizi bəyan edərək, Allahdan Sizə zəfər, təhlükəsizlik və əmin-amanlıq bəxş etməsini diləyirik. Ən dərin ehtiram və məhəbbətlə,
Qardaşınız
Şeyx Məhəmməd Əl-Mənsur Ənyas.
Seneqalın Xalq uğrunda birlik partiyasının sədri, Xüsusi işlər üzrə səfir, Seneqal prezidentinin xüsusi işlər üzrə müşaviri, Əl-Mədinə təbliğat qrupunun sədri və baş müdiri.
***
"Hörmətli cənab Prezident.
Bir kökə mənsub olmaqdan qürur duyduğumuz böyük Türk Birliyinin azad və müstəqil bir dövləti olan Azərbaycan Respublikası mərhum Liderimiz Heydər Əliyevin “Bir Millət, iki Dövlət” sözləri ilə ifadə edildiyi kimi həm də bizim Vətənimizdir. Bundan əlavə, ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi "Azərbaycanın sevinci sevincimizdir, kədərimiz kədərimizdir".
Yuxarı Qarabağ da daxil olmaqla torpaqlarınızın bir hissəsini işğal edən ermənilər Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in qərarlarına baxmayaraq bu işğalı davam etdirirlər. Onların mülki əhaliyə qarşı insanlığa sığmayan hərəkətləri qəbul edilə bilməz.
Bu işğala və Ermənistanın son vaxtlar həyata keçirdiyi təcavüzə qarşı başladığınız mübarizə bizi qürurlandırdı. Bu qəti mübarizənizdə qələbə qazanacağınıza, illərdir davam edən haqsız işğala son qoyacağınıza, münaqişəni sülh yolu ilə həll etmək istəməyən Ermənistanı və onların havadarlarını sülhə məcbur edəcəyinizə əminəm.
Türkiyə Respublikası və türk xalqı hər zaman Azərbaycana qardaşdır. Bu çərçivədə hökumətimizin elan etdiyi dəstək iradəsi xalqımızın da iradəsidir. Türkiyə Ehtiyatda olan Zabitlər Dərnəyi olaraq Azərbaycanı sona qədər dəstəkləyirik. Hər zaman və hər yerdə Azərbaycan Ordusuna hər cür töhfə verməyə hazır olduğumuzu bəyan edirik.
Bu müqəddəs mübarizədə şəhid olan qardaşlarımıza mərhəmət və qazilərimizə təcili şəfa diləyirik. Bütün xalqınıza başsağlığı verir, ehtiramımızı bildiririk".
Hörmətlə,
Namik Kamal Çalışkan
Ehtiyatda olan general-mayor
Türkiyə Ehtiyatda olan Zabitlər Dərnəyinin sədri
Türkiyə Respublikası, Ankara şəhəri.
***
"Əziz Prezidentimiz, cənab İlham Əliyev,
Mən hazırda xaricdə təhsil alan yüzlərlə azərbaycanlı tələbələrdən biri kimi doğma Azərbaycanımızın müqəddəs torpaqlarının Sizin rəhbərliyiniz altında şanlı Ordumuz tərəfindən işğalçılardan azad edilməsinin sevincini uzaq Avstriyada böyük həyəcanla yaşamaqdayam. Hər gün bu qərib ölkədə doğma yurdumdan aldığım zəfər xəbərləri qəlbimi qürur hissi ilə doldurur.
Döyüş meydanlarında şücaət göstərən əsgərlərimizin hər uğurunu ailəmin Xocalıda şəhid olmuş əzizlərinin intiqamının alınması kimi dəyərləndirirəm.
Hələ keçən il Avstriya Konservatoriyasında musiqi təhsilin almağa başlayanda ən böyük arzum o olmuşdur ki, Vətənə yetkin musiqiçi kimi dönəndə ilk ifamı yurdumun musiqi beşiyi olan Şuşada səsləndirim. Bu gün çox sevincliyəm ki, digər ərazilərimiz kimi, Şuşanın da azad olunmasına sayılı günlər qalıb. Bu sevinci və xoşbəxtliyi biz tələbə və gənclərə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Hazırda doğma Vətəndən uzaqda olsaq da, qəlbimiz xalqımızın qəlbi ilə bir döyünür. Bu sınaq günlərində müzəffər Ordumuza can sağlığı və yalnız böyük qələbələr arzu edirəm. Dualarımız və sevgilərimiz sizinlədir! Yaşasın dünya azərbaycanlıları, yaşasın Ali Baş Komandanımız, yaşasın doğma Azərbaycanımız!"
Hörmətlə,
Məmmədli Ayan Eyvaz qızı.
Avstriya Respublikası, Vyana şəhəri.
***
"Hörmətli cənab Prezident.
Ukrayna ilə Azərbaycan arasında daim dost və tərəfdaşlıq münasibətləri olub. Azərbaycan dost bir ölkə kimi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədi və dəstəkləməyə davam edir. Odur ki, bu gün Azərbaycan ərazi bütövlüyü üçün ədalətli bir mübarizə apararkən, şəxsən mən uzun müddət Bakıda və ölkənin digər şəhərlərində yaşamış bir insan kimi Sizi və bütün Azərbaycan xalqını dəstəkləyirəm. Axı, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb.
Sumı Vilayət Deputatlar Şurasının sədri, həmçinin bir siyasətçi kimi hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə sülh yolu ilə həll olmalıdır. Ermənistanın beynəlxalq hüququ, sülh danışıqlarını açıq şəkildə pozan və insan tələfatı ilə nəticələnən hücumlarını qınayıram.
Sülhsevər Azərbaycan və Ukrayna xalqlarına bu çətin lokal münaqişələrdən ən qısa zamanda xilas olmağı və ölkələrində sülhü və sabitliyi bərpa etməyi arzulayıram".
Hörmətlə,
Vladimir Tokar
Sumı Vilayət Deputatlar Şurasının sədri
Ukrayna, Sumı vilayəti.
***
"Hörmətli cənab Prezident.
Gürcüstanda yaşayan azərbaycanlıların adından müraciət edərək işğalçı ermənilərə qarşı həyata keçirdiyiniz ədalət müharibəsində Sizi tam dəstəklədiyimizi bildiririk.
Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq haqqını icra edir, Birləşmiş Millətlər Təşkilatının Qarabağın işğaldan azad edilməsi ilə bağlı qətnamələrinin icrasını tələb edir.
Qarabağ Azərbaycandır!"
Hörmətlə,
Abbasov Abbas
Abbasov Bayram
İsrailov Natiq
İsmail Xosrov
Eyvazova Svetlana
Eyvazova Nərgiz
Gürcüstan, Bolnisi rayonu, Talaveri kəndi.