15 Oktyabr 2014 14:27
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının müvafiq Fərman və Sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (ƏƏSMN) 2014-cü ilin 01 oktyabr tarixinə 51 100 nəfərə Prezident təqaüdü təyin olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan Prezident təqaüdlərində ciddi artımlar edilib. Belə ki, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən 01 aprel 2014-cü il tarixdən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb. BVM iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə cari il may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.

Eyni zamanda, 17 mart 2014-cü il tarixli Fərmanla I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara 01 aprel 2014-cü il tarixdən əlavə olaraq ayda 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir.

Naibə


Müəllif:

Oxşar xəbərlər