Teleqraf.com günün qoroskopunu təqdim edir.
Qoç - vəziyyətdən faydalanmaq üçün iradəli olun, ən kiçik çətinlikdən sonra geri çəkilməyin. Yaxınlarınızın yaxşı məsləhətə və yardıma ehtiyacları var. Məişət problemi, ailə qayğısı ehtiyacınız olmadan həll olunmayacaq. Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.
Buğa - yaranan problemləri çözməyə başlayanda dostların təkliflərindən və məsləhətlərindən yararlana bilərsiniz. Enerjiniz az deyil. Qüvvənizi effektiv nəticələr əldə edə biləcəyiniz məcraya yönəldin. Nikbin olun, bədbinliyə qapılmayın.
Əkizlər - vədlərin yerinə yetirilməsi zamanıdır. Özünüzü əmin hiss edin. Yaxınlarınız sizə dəstək verəcəklər. Axşam saatlarında romantik macəra ola bilər.
Xərçəng - birmənalı olmayan hadisələrin yaşanacağı zamandır. Müsbət hadisələrlə yanaşı, mənfi proseslər də istisna deyil. Faktları təhlil edin, baş verənlərdən nəticə çıxarın. Situasiyadakı qəfil dəyişikliklərdə fayda var. Yaşam təcrübəniz zənginləşəcək.
Şir - rəqibləri üstələməyə çalışın. Bədxahların dediklərinə fikir verməyin. Soyuqqanlı və təmkinli olmasanız, yaxınlarınızla mübahisə etməyin. Hər şeyin siz istədiyiniz təki olmasını tələb etməyin.
Qız - diqqət mərkəzində olmağa çalışmayın. Bilik və bacarıqlarınızı ifrat dərəcədə qabartmayın. İntellektual fəaliyyət məhsuldar olacaq. Kölgədə qalın, problemləri təkbaşına həll edin. Müstəqil olun.
Tərəzi - kənar təsirlərə məruz qalmayın. Səhhətinizə fikir verin. Enerji potensialınızın səviyyəsinin aşağı düşməsi əhvalınıza təsir edəcək. Sizi soyuqqanlı və laqeyd insan saya bilərlər. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın.
Əqrəb - intuisiyanız iti olmalıdır. Əlverişli situasiyadan və yaranan şanslardan effektiv istifadə etməyə çalışın. Nikbinlik üçün yetərincə səbəb var. Köhnə problemləri sonadək həll etmək asan olmasa da, ən azı onların çözüm variantlarını tapacaqsınız. Əsla ruhdan düşməyin.
Oxatan - şəxsi münasibətlərdə pozitiv anlar olacaq. Yaxınlarınızla ünsiyyətdə onların fikirlərini və istəklərini qulaqardına vurmayın. Sevdiyiniz insanı sevindirin.
Oğlaq - günün ilk yarısından etibarən aktiv çalışın. Süst və tənbəl olmayın. Görəcəyiniz işləri kimsə sizin əvəzinizə yerinə yetirəsi deyil. Paxıllıq etməyin: uğur qazanın, irəliləyin və qoy sizə paxıllıq etsinlər. Haqqınızın tapdanmasına, hüquqlarınızın pozulmasına sakit müşahidəçi olmayın. Rüşvət verməyin, qanunu pozandan da qorxmayın.
Dolça - yaxın gələcəklə bağlı planlar qurmaq olar. Yenilikləri əxz etməyə tələsin. Həyat təcrübəsindən yararlana biləcəyiniz insanlarla əlaqələr qurun. Əks cins mənsubu ilə söhbətlərdə diqqətli olun. Sevdiyiniz insanla danışanda kəskin sözlər söyləməyin. Subaysınızsa, axşam maraqlı tanışlıq ola bilər.
Balıqlar - yaşanan situasiya bilik və bacarıqlarınızı inkişaf etdirməyə, təcrübənizdən yararlanmağa imkan verir. Köhnə vərdişlər arasında məqbul olanları seçin. Problemlərin həlli üçün daha asan, sərfəli yolları seçə bilərsiniz. Qəfil situasiyaların sizi ağır vəziyyətdə buraxmasına imkan verməyin.
Milli.Az