Azərbaycan Açıq Hökumət Platforması Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın yaşayış yerləri, dinc əhali və mülki infrastrukturunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutuması ilə bağlı Amnesty İnternational” təşkilatının baş katibi xanım Julie Verhara müraciət edib. Müraciət Platfoma üzvü 44 QHT tərəfindən imzalanıb.
Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş ərazisinin 20 faizini işğal edən və 30 ildir ki, işğalı davam etdirən Ermənistan Respublikasının Silahlı Qüvvələri 27 sentyabr 2020-ci il tarixdən etibarən növbəti dəfə təxribata əl atıb. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya olunmuş hərbi hissələri, həmçinin onun tabeçiliyində olan terrorçu və muzdlu dəstələri Azərbaycanın yaşayış məntəqələrini və mövqelərini intensiv atəşə tutmağa başlayıb. Bu təxribatların qarşısının alınması, dinc əhalinin müdafiəsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab xarakterli hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalıb.
Ermənistan Silahlı Qüvvələrinin dinc əhali və yaşayış yerlərini müxtəlif artilleriya sistemlərindən istifadə etməklə atəşə tutması nəticəsində 27.09.2020-ci il tarixdən etibarən 27 mülki şəxs həlak olub, 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Azərbaycanın ikinci böyük şəhəri Gəncə, həmçinin Mingəçevir şəhəri, Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan atəşə tutulub. 04.10.2020-ci il tarixdə isə hərbi əməliyyatlar coğrafiyasından uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına iki ortamənzilli raket atılıb.
Azərbaycan Açıq Hökumət Platforması olaraq “Amnesty İnternational” təşkilatının obyektiv mövqe nümayiş etdirib Ermənistan Silahlı Qüvvələrinin bu hərbi və insanlıq əleyhinə cinayətlərinə obyektiv qiymət verməyə çağırıb.
Bəyanatın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz
http://ogp.org.az/wp-content/uploads/2020/10/Statetment_OGP_PLatform_Azerbaijan.pdf