15 Oktyabr 2014 21:22
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində paytaxtımızda "Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014" tədbiri davam edir.

Teleqraf.com xəbər verir ki, tədbir çərçivəsində oktyabrın 15-də növbəti sessiya keçirilib. Sessiyada 2014-cü il üzrə işçi qrupunun təqdimatı olub. Təqdimat Avropa meyarlarının inkişaf etdirilməsi və onlar üzrə nümunələr, "Avropa irs günləri" portalı və Avropa meyarları, fotomüsabiqə, məlumat kolleksiyası, illik toplantı və konfranslar, dinləyicilərin inkişafı məsələlərini əhatə edib.

Azərbaycan Respublikasında ötən 2 il ərzində "Avropa irs günləri"nin qeyd edilməsi üzrə təqdimatı isə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, müvafiq sahə üzrə milli əlaqələndirici Emil Səfərov həyata keçirib. Ölkəmizdə görülmüş işlər böyük maraqla qarşılanıb.

Silsilə tədbirlər oktyabrın 16-da iştirakçıların Azərbaycanın mədəni irs obyektlərinə ziyarəti ilə davam edəcək.

Məlumat üçün bildirək ki, ki, “Avropa irs günləri” Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir.

Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər