Ermənistanın Gəncəni atəşə tutması beynəlxalq ictimaiyyətə və Rusiya Federasiyasına hörmətsizlikdir.
Teleqraf.com-un məlumatına görə, bunu hazırda Gəncədə olan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev Gəncədə dağıntılar baş verən yerə baxış keçirib, daha sonra jurnalistlərə açıqlama verib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.