Ekoloji Maarifçilik və Monitorinq İB Pandemiya ilə bağlı maarifləndirmə tədbirləri və aztəminatlı ailələrə humanitar yardım kampaniyasını başa çatdırıb.
Teleqraf.com-un məlumatına görə, Ekoloji Maarifçilik və Monitoriq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə COVID-19 pandemiyası dövründə əhalinin sağlamlığı ilə bağlı maarifləndirilmə kompaniyasının aparılması və əhalinin aztəminatlı təbəqəsindən olan ailələrə humanitar yardımların göstərilməsi’’ layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində əhali arasında COVID-19 pandemiyası ilə bağlı məlumatları və koronavirus infeksiyasından qorunma metodlarını özündə əks etdirən bukletlər paylanıb. Eyni zamanda əhalinin aztəminatlı təbəqəsindən olan 29 ailələyə humanitar yardımlar göstərilib.
Humanitar yardım hər zamanki metodlardan fərqli olaraq ehtiyacı olan ailələrə poçt vasitəsi ilə maliyyə kuponlar şəkilində çatdırılıb. Yardım alan ailələr bu şəkildə edilən yardımdan xüsusi ilə razılıq edib, belə ki maliyyə kuponları ilə onlar ailədə lazım olan ehtiyaclarını daha rahat qarşılıya bildiklərini söyləyiblər.