Xalq artisti Röya Ayxanın ifa etdiyi “Bəlkə də” mahnısını ermənilər oğurlayıb.
Teleqraf.com xəbər verir ki, mahnının sözləri Leyla Erola, musiqisi Pərviz Mahmudova aid “Bəlkə də” mahnısını erməni müğənni Sargis Abrahamyan ifa edib.
Xalq artisti Röya Ayxan erməni müğənniyə “Nə əcaib dilləri var, üç saatdır dinləyib, gülürəm”- deyə, reaksiya göstərib.
Mahnının bəstəkarı Pərviz Mahmudov isə Sargis Abrahamyanın ifasını yutub səhifəsindən sildirdiklərini açıqlayıb.
ttps://www.instagram.com/p/CGU7BQsjzz0/?igshid=19pbyywtouwom