Metronun şərti adı "B-3" olan stansiyasına şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə çoxsaylı müraciətlər daxil olur.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, ictimaiyyət tərəfindən edilən müraciətlər həddən artıq çoxdur:
"Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə “Bakı Metropoliteni” QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu barədə rəsmi olaraq heç bir məlumat yoxdur".