15 Oktyabr 2020 17:14
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət əsasında Qarabağdakı antiterror əməliyyatlarında və diplomatik müstəvidə ardıcıl uğurlarımız düşmən tərəfi pərişan edib. Bu uğurlarımızdan sonra işə düşən ermənilərin təbliğat maşını müxtəlif Avropa parlamentariləri, pro-erməni KİV-ləri, eləcə də bəzi üzdəniraq xarici şou-biznes nümayəndələri vasitəsilə yalan və tavtologiya dolu məlumatları dünya ictimaiyyətinə sosial media üzərindən çatdırmağa çalışırlar”.

Bunu Teleqraf.com-a “Laboratory of Art” incəsənət platformasının rəhbəri, yazıçı Fərid Nəsibzadə deyib.

F.Nəsibzadə bildirib ki, Prezidentimizin siyasi addımları və ölkənin birinci xanımı, Vitse-prezident Mehriban Əliyevanın “onları susdurun”, çağırışı erməni yalanlarıyla mübarizə aparan sosial səbəkə istifadəçilərini daha da ruhlandırıb:

“Belə ki bir çox bloggerlər, səhifə yönəticiləri öz izləyiciləriylə birləşərək dezinformasiya yayan platformalarda həqiqətləri çatdırır, o platformaların izləyicilərini tarixi faktlarla düzgün məlumatlandırırlar. Artıq heç kəsə sirr deyil ki, Tvitter üzərindən mütəşəkkil formada yayılan #dontbelievearmenia həştəqi dünya ölkələrinin trendinə düşdü. Bununla da dünən 4-5 saat ərzində ermənilərin "sosial platforma lobbisi" adli mif darmadağın oldu.

Təbii ki, “Laboratory of Art” incəsənət platforması da bu informasiya savaşında tam şəkildə öz yerini alıb. Layihənin idarə heyətindən və aktiv üzvlərindən formalaşdırılan komanda Qarabağda əməliyyatlar başlayandan tarixi faktları, məntiqi izahları xarici dillərdə paylaşmaqla məşğuldur. Mütəşəkkil şəkildə və planlı formada öz fəaliyyətlərini davam etdirirlər.

Qarabağımız üçün gedən savaşda əsgərlərimiz cəbhədəykən biz də arxa cəbhədən onlara dəstək göstərməkdə qürur duyuruq. Başlıca məqsədimiz yalan təbliğatların önünü kəsməkdir. Layihəmizdə də hərbi vəziyyətdir, bütün imkanlarımızla səfərbər olub ordumuzun yanındayıq. Çünki biz hamımız əsgərik - həqiqətin, namusun, milli qeyrətin əsgərləri”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər