Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, parlamentin növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək.
İclasın gündəliyinə 5 məsələ daxil edilib:
Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanununun layihəsi barədə (üçüncü oxunuş).
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi haqqında (ikinci oxunuş).
“Təhsil haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi haqqında (birinci oxunuş).
“Peşə təhsili haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi haqqında (birinci oxunuş).