17 Oktyabr 2020 03:24
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədini güdür.

Azərbaycan Müdafiə Nazirliyi qəti surətdə bu xəbəri təkzib edir və bildirir ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır.

Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər