18 Oktyabr 2020 16:35
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın haqlı davasını dəstəkləyirik. Aramızdakı bir millət, iki dövlət münasibətlərinin bənzəri olmadığını söyləmişik, bunları Bakıda da qeyd edəcəyik. Bundan böyük bir məmnuniyyət duyacağıq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop söyləyib.

“Qardaş Azərbaycanın Müstəqillik Gününü təbrik edirik. Ümid edirəm, müstəqil Azərbaycanın bayrağı bu torpaqlarda əbədi dalğalanacaq. Bu, sadəcə mənim şəxsi fikrim deyil. Komanda yoldaşlarımız, parlamentimizin və Türkiyədəki 83 milyon millətimizin fikridir. Diləklərimiz, dualarımız daim Azərbaycanladır”, - parlament sədri bildirib. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər