18 Oktyabr 2020 17:08
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sentyabrın 27-dən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərkibində Operativ Qərargah yaradılıb”.

Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Qərargahın rəisi İdris İsmayılov deyib.

“Bu günə qədər 600-ə yaxın müraciət daxil olub. 200-ə yaxın partlamamış mərmi, silah-sursat aşkar edilib”, - deyə o, qeyd edib.

İdris ismayılov əlavə edib ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd “Elbrus” tipli raketin qalıqlarını aşkar edib və götürüb:

“Bu gün Xızı rayonuna raket atılması ilə bağlı saat 13:00 radələrində agentliyə məlumat daxil olub. Həmin əraziyə baş çəkilib və S 300 raketinin qalıqları aşkar edilib. Hazırda raket ərazidədir və Agentliyin əməkdaşları qalıqları götürür”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər