19 Oktyabr 2020 11:25
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə üzrə COVID-19-a yoluxmanın statistikası açıqlanıb.

Teleqraf.com "koronavirus.info"ya istinadla xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 55.9 faiz.

Abşeronda yoluxma 14.9 faiz, Aranda 10.4 faiz, Gəncə-Qazaxda 6.5 faiz, Lənkəranda 4.1 faiz, Quba-Xaçmazda 2.4 faiz, Şəki-Zaqatalada 2.3 faiz, Dağlıq Şirvanda 1.5 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.09 faiz, ölkə xarici yoluxma isə 1.0 faiz təşkil edir.

Bakının rayonları üzrə də koronavirusa yoluxma statistikası məlum olub.

Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 12.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.2 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.5 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.


Müəllif: Teleqraf.com