22 Oktyabr 2020 13:23
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi müzakirələrdən sonra parlamentin komitə iclasına tövsiyə edilib.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.


Müəllif: Teleqraf.com