23 Oktyabr 2020 10:14
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi xidmətə çağırılan şəxslərin koronavirusla bağlı testlərdən keçirilməsi davam edir.

Teleqraf.com-un məlumatına görə, bunu Səhiyyyə Nazirliyi nəzdində yaradılmış COVID-19-la bağlı İşçi Qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub:

"Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələrinin bir neçə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müfaviq tədbirlər görülüb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər