16 Oktyabr 2014 17:44
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin dəvəti ilə Türkiyə Sahil Güvənlik Komandanı vitse-admiral Hakan Üstemin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

DSX-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xidmətin aparatında Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər, DSX-nın Sahil Mühafizəsi ilə Türkiyə Sahil Güvənliyi arasında ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.

Oktyabrın 17-dək davam edəcək səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin DSX Sahil Mühafizəsinin sahil bazası, sərhəd gözətçi gəmiləri, digər qüvvə və vasitələri ilə tanış olması nəzərdə tutulub.

Səfər müddətində nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər