Bakıda ictimai nəqliyyatda şok dalınca şok yaşanmaqda davam edir.
Bakı metrosunda sərnişinlər arasında insident yaşanıb. Belə ki, gündəlik qarşılaşdığımız və ölkəmizdə qlobal problemə çevrilmiş "oturmaq" üstündə sərnişinlər yenə bir-birinə "giriblər". Ortayaşlı bir kişi metroda əyləşdiyi və qadınlara yer vermədiyi üçün kəskin şəkildə vaqondakı xanım tərəfindən tənqid, eyni zamanda, təhqirlərə məruz qaldı. Ortayaşlı kişi də opponentindən geri qalmadı.