25 Oktyabr 2020 16:51
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Vankuver şəhərində yaşayan azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) texniki dəstəyi ilə Qarabağ üçün həmrəylik nümayişi və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq yürüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, "Vancouver Public Library" meydanına toplaşan aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin törətdiyi vandalizm aktları nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Aksiyada “Qarabağ Azərbaycandır”, “Erməni təcavüzünə son”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun”, “Gəncə üçün dua et”, “Erməni terroruna son” kimi şüarlar səsləndiriblər.

Kanadada yaşayan dost xalqların nümayəndələri də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər