30 Oktyabr 2020 10:55
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Kaspi Universitetində 18 dekabr 2020-ci il tarixində “XII-XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin tarixi-etnoqrafik məsələlərinə baxış” mövzusunda onlayn Respublika elmi konfransı keçiriləcək.

XII-XV əsrlər Ön Asiya və Qafqaz bölgəsi tarixində çox ziddiyyətli, həmçinin hadisə və proseslərin zənginliyi ilə seçilən bir dövrə təsadüf edir. Bu, yüzilliklər boyu baş verən ictimai-siyasi hadisələrin bolluğu, eləcə də təsərrüfat-mədəni həyatın inkişafı və müxtəlifliyi baxımından bütövlükdə adı çəkilən bölgə xalqlarının tarixində fərqlənən bir dövrdür. Orta əsrlərin bu dövrünün tarixi-etnoqrafik cəhətdən araşdırılması Ön Asiya və Qafqaz xalqlarının həyatında baş verən dəyişiklikləri və dinamikanı izləməyə imkan yaradır və bugünkü bir sıra etnik, milli, dini problemlərin başlanğıcına işıq tutur.Qeyd edə bilərik ki, sovet tarixşünaslığında Ön Asiya və Qafqazın orta əsrlər (XII-XV əsrlər) tarixi ilə bağlı aparılmış bir sıra tədqiqatlarda ciddi təhriflərə yol verilmişdir. XII-XV əsrlərintarixi üçün xüsusi əhəmiyyətə sahib bəzi məsələlər isə tədqiqata cəlb edilməyərək üzərindən sükutla keçilmişdir. Ön Asiya və Qafqazın orta əsrlər (XII-XV əsrlər) tarixini müstəqil, ideologiyadan kənar və mümkün real faktların əsasında araşdırılması günümüz üçün elmi aktuallıq kəsb edir.

Konfransın məqsədi

Ön Asiya və Qafqaz bölgəsinin XII-XV əsrlər tarixinin müxtəlif mövzuları üzrə təhrif olunmuş, zəif öyrənilmiş, ümumiyyətlə tədqiqata cəlb olunmayan aktual problemlərini tarix elminin müasir metodlarından da istifadə edərək yenidən araşdırmaq və tarixi gerçəklikləri rekonstruksiya etməkdir.

Konfrans aşağıdakı mövzuları əhatə edəcək:

- Region dövlətlərinin daxili siyasi və dövlətlərarası münasibətlər tarixi

- Regionun daxili və beynəlxalq ticarət əlaqələrinin tarixi

- Regionda baş vermiş dini-etnokonfessional dəyişikliklər

- Regionun mədəniyyət tarixi və mədəni inteqrasiyası məsələləri

- Regionun tarixi-coğrafiyası və demoqrafiyasının dinamikası

- Regionun etnoqrafiyası və ona kənar təsirlərin nəticələri

- Regionun arxeologiyası, epiqrafikası, etnopsixologiyası və numizmatikası

- Regionun Mərkəzi Asiya ilə əlaqələri

Konfransın dili və tələb olunan qaydalar:

  1. Məruzənin adı, müəllifin adı və soyadı, elmi dərəcəsi (varsa), oxuduğu və ya işlədiyi yer göstərilməli, əlaqə telefonu mütləq qeyd olunmalıdır.
  2. Məruzənin həcmi A4 formatlı kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və Universitetin [email protected] e-mail ünvanına göndərilməlidir.
  3. Konfransın məruzələri Azərbaycan, ingilis və rus dillərinin birində olmaqla, həcmi 5-10 səhifəyə qədər ola bilər. Məruzələr yazılan dildən başqa qeyd olunan iki dildə qısa xülasəsi verilməlidir. Məruzənin adından sonra açar sözlər (3 dildə-Azərbaycan, rus, ingilis dillərində) göstərilməlidir. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır. Məs., [5, 45] və ya [7, 86-87].
  4. Məqalələrin xülasəsi (2 səhifə) 10 dekabr 2020-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərilməlidir.
  5. Məqalələrin tam variantı (5-10 səhifə) 1 yanvar 2021-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərilməlidir.
  6. Konfrans üçün heç bir ödəniş tələb olunmur, konfransın sonunda sertifikat hədiyyə ediləcək.
  7. Əlavə məlumat almaq üçün Siyasi və İctimai Elmlər Məktəbinin “Beynəlxalq münasibətlər” kafedrasına (012-492-61-63) müraciət edə bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər