Şagirdlərin yerdəyişməsi ilə bağlı problem sistemlə əlaqədardır. Qarşıdakı həftələrdə prosesin dayandırılması aradan qaldırılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Əvvəlki dövrdə şagird yerdəyişmələri ilə bağlı özümüzdə də müəyyən suallar vardı. Düşünürəm ki, qarşıdakı həftədə prosesin bərpası həyata keçiriləcək".