30 Oktyabr 2020 15:39
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna Allahverdi Aydın oğlu Musayev direktor vəzifəsinə təyin edilib.

Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Allahverdi Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikası İzmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili alıb.

Tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyəsi, Mərkəzi Nefçilər xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq Cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışıb.


Müəllif: Teleqraf.com