30 Oktyabr 2020 16:14
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan erməni əsilli 4 nəfəri axtarışa verib, onlardan biri Arman Babacanyandır. O, Ermənistan parlamentinin üzvüdür.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ilkin istintaqın nəticələrinə dair, o cümlədən digər əhəmiyyətli mövzularla bağlı keçirilən brifiniqdə deyib.

Baş prokuror qeyd edib ki, Ermənistan fərqli olaraq Azərbaycanın çoxmillətli ölkədir. Onun sözlərinə görə, Bakıda və Azərbaycanın digər bölgələrində müxtəlif millətlərin nümayəndələri, müxtəlif dinə mənsub xalqlar yaşayır.

"Onlar dostluq, səmimilik şəraitində yaşayırlar. Uzun illərdir, əsrlər boyu bizdə multikulturalizm mədəniyyəti formalaşıb. Bəzi ermənilər isə sosial şəbəkələr vasitəsilə çağırışlar edir, millətlər arasında, Azərbaycandakı müxtəlif etnik azlıqlar arasında qarşıdurma yaratmaq, nifaq salmaq kimi iyrənc addımlara da əl atırlar. Bununla bağlı Azərbaycan qanunvericiliyi ilə çox ciddi məsuliyyətlər nəzərdə tutulur. Axtarışa verilən həmin şəxslər, həmçinin, Azərbaycanda millətlər arasında düşmənçilik salmağa yönələn əməllər törətməkdə ittiham olunurlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər