15 Aprel 2014 11:48
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhalinin sayı 9 494,6 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, 2014-cü il mart ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9 494,6 min nəfərə çataraq ilin əvvəlindən 17,5 min nəfər və ya 0,2 faiz artıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir.

Cari ilin yanvar-fevral ayları ərzində 27,7 min körpə doğulub. Ötən ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum eyni səviyyədə (18,3) qalaraq dəyişməyib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir.

İlin əvvəlindən ölkədə 10,7 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 7,0 təşkil edib.


Müəllif: