2 Noyabr 2020 20:18
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın nüfuzlu "Reuters" İnformasiya Agentliyi azərbaycanlı qaçqın və məcburi köçkünlərlə reportaj edib. Reportajda uzun illərdir vətən həsrəti ilə yaşayan insanların təəssüratları və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması ilə bağlı məlumatlar yer alıb.

Teleqraf.com-un məlumatına görə, "Vətən həsrətini çəkən, Qarabağın sürgündəki azərbaycanlıları qayıtmaq üçün can atırlar" başlıqlı reportajda deyilir:

"Həsən Əhmədovun son bir arzusu var - anadan olduğu torpağa, 25 ildən çoxdur işğal altında olduğunu söylədiyi torpağa qayıtmaq.

Azərbaycanın paytaxtındakı bir qaçqın məhəlləsinin 80 yaşlı ağsaqqalı Həsən Ahmedov 29 oktyabr 2020-ci il tarixində evinin qarşısında müxbirlə danışır.

"Bu xəyal bir az daha yaxınlaşdı" deyən məcburi köçkün Cəbrayıl rayonunun işğaldan azad olunduğunu vurğuladı. Ağsaqqal Əhmədov “Doğma kəndimiz azad edildi” dedi:

“Ərazilərinn minalardan təmizləməsini və evlərimizi yenidən qurub geri qayıtmağımızı gözləyirik. Atalarımızın və babalarımızın məzarları oradadır".

Reportajda vurğulanır ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin etnik ermənilər tərəfindən məskunlaşdırılıb.

Qeyd olunub ki, Bakıda sakinlər Azərbaycanın 1990-cı illərdə itirdiyi ərazilərin bir hissəsinin geri alındığından və hərbi qazanclardan danışırlar. Şəhərdə reklam lövhələrində və vitrinlərdəki plakatlarda birmənalı bir mesaj var: "Qarabağ Azərbaycandır. Qarabağ bizimdir".

Reportaj zamanı yeganə oğlunu döyüşlərdə itirdiyini vurğulayan başqa bir müsahib Olga İsmayılova "oğlanlarımız üçün ağrı hiss edirəm, lakin torpaqlarımızı geri almalıyıq" deyir.

İnşaat işçisi, 42 yaşlı Ramin Əliyev isə yaşına baxmayaraq, Səfərbərlik xidmətinə hərbi xidmətə çağırılmasını və hərbi xidmətdə olarkən qazandığı təcrübədən istifadə etməsini xahiş edən bir çox məktub göndərdiyini söyləyib:

"Mən vətənim uğrunda ölməyə hazıram. Qoy, uşaqlarım mənimlə fəxr etsinlər."

Reportajla BURADAN tanış ola bilərsiz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər