4 Noyabr 2020 12:49
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu Qarabağ uğrunda gedən Vətən müharibəsi zamanı dinc əhalinin hədəfə alınması ilə bağlı hesabat açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hesabatda sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı statistik məlumatlar dərc olunub.

Ermənistan ordusunun raket və top mərmiləri atması nəticəsində həlak olan və xəsarət alan dinc sakinlərlə bağlı məlumatlar öz əksini tapıb.

Həmçinin Azərbaycanın dinc sakinlərinə qarşı törədilən hərbi cinayətlərin təhlil olunması və onun insanlıq əleyhinə cinayət kimi qəbul olunmasını dəyərləndirmək üçün yerli və beynəlxalq təşkilatlara və institutlara bir sıra işlərin görülməsi tövsiyyə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər