Paytaxtın rayonları üzrə koronavirus infeksiyasına yoluxma statistikası açıqlanıb.
Teleqraf.com "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək göstərici Binəqədidə (14,6%) qeydə alınıb.
Ardıcılığa uyğun olaraq daha sonrakı yerlərdə 12,8%-lə Xətai, 11,5%-lə Yasamal, 11,4%-lə Sabunçu, 8.4%-lə Nəsimi, 8,2%-lə Suraxanı, 7,3%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,5%-lə Qaradağ, 6,2%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.
Ölkə üzrə isə Abşeronda yoluxma faizi 14.1%, Aranda 10.7%, Gəncə-Qazaxda 7.0%, Lənkəranda 4.0%, Şəki-Zaqatalada 3.2%, Quba-Xaçmazda 2.9%, Dağlıq Şirvanda 1.8%, Yuxarı Qarabağda 1.1 %..
Naxçıvanda yoluxma 0.07%, ölkə xarici yoluxma isə 0.8% təşkil edir.