9 Noyabr 2020 00:21
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qədim Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad olunması Türkiyə paytaxtı Ankara şəhərində böyük coşqu ilə qarşılanıb.

Teleqraf.com xəbər verir ki, dövlətimiz və xalqımızla sevincini bölüşmək istəyən insanlar Azərbaycanın Türkiyədəki Səfirliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyənin dövlət bayrağını dalğalandıran aksiya iştirakçıları birlik, həmrəylik, qələbə və zəfər şüarları səsləndiriblər.

Sonra Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilən maşın karvanı Ankaradakı Heydər Əliyev Parkına yola düşüb.

Aksiya “Azaflı” Sosial Yardım və Kültür Dərnəyi tərəfindən təşkil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər