Teleqraf.com günün qoroskopunu təqdim edir.
Qoç - xarici şərtlər və proseslər sizi daimi gərginlikdə saxlaya bilərlər. Səhhətinizin qeydinə qalın. Kiçik ağrıların orqanizm üçün ciddi problemə çevrilməsinə imkan verməyin.
Buğa - tək çalışmaq üçün əlverişli gündür. İş çoxdursa, onu başqaları ilə bölüşməyin yolunu tapın. İşi təfərrüatlı və ciddi şəkildə görün, tələskənliyə yol verməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizdən kömək gözləyir.
Əkizlər - dostunuzun yardımı isə sizə konkret fayda verməsə belə, həssas olun. Günün ikinci yarısındakı tanışlıq ciddi deyil. Ailə üzvlərinin qayğısına qalın. Sevdiyiniz insanın hissləri ilə oynamayın, onu küsdürməyin.
Xərçəng - bütün fikrinizi şəxsi problemlərin həllinə yönəltsəniz, mühüm məsələ diqqətinizdən yayına bilər. Emosiyalar hərəkətlərinizə və qərarlarınıza təsir etməsin. Bunu hiss edən kimi dayanın.
Şir - başqasının hissləri hesabına özünüzü təsdiqləməyə çalışmayın. Manipulyasiya etməyin, xırdaçı insan təsiri bağışlamayın. Sonuca tam əmin deyilsinizsə, rəğbət bəslədiyiniz insanla görüşü və ya dostlarla bir araya gəlməyi təxirə salın.
Qız - əsəbləriniz tarıma çəkilə bilər. Səhhətinizə diqqətlə yanaşın. Hissləriniz və emosiyalarınızda "təmizlik" aparın, sinirlənməyin.
Tərəzi - mühüm hesab etdiyiniz informasiyanı nəzarətdə saxlayın. Şəxsi münasibətlərdə iddialı, aqressiv, hədsiz dərəcədə tələbkar olmayın. Situativ problemləri ürəyinizə salmayın. İrəliyə, gələcəyə baxın.
Əqrəb - əsas işə, önəmli layihəyə yetərincə diqqət ayırın. Uzunmüddətli situasiyaların təməli indi formalaşır. İşlək sxemləri möhkəmləndirin, konstruksiyanı böyüdün. Yaxın ətrafdakı insanlarla qarşılıqlı münasibətləri dramatikləşdirməyin.
Oxatan - əhvalın dəyişməsi, yaxın ətrafınızdakı insanlardan biri ilə münaqişə istisna deyil. Arzu etdiyiniz nəsnəni əldə etməkdə, məqsədə çatmaqda səbirsizlik etməyin. İnformasiyalar çoxdur. Qüvvələrinizi boş işlərə və puç hədəflərə sərf etməyin
Oğlaq - yalnız iş, ümumi qayğılar, problemlərin optimal həll yolları sizi tərəfdaşla və ya yaxın bildiyiniz insanla daha da yaxınlaşdıra bilər. Hər kəs öz çətinliklərinin həlli ilə məşğul olduğu zaman qayğı, həssaslıq gözləməyin.
Dolça - başqasının işini ciddi-cəhdlə yoxlayaraq tənqidlərə başlasanız, münaqişə qaçılmazdır. Şəxsi münasibətlərdə çətin, birmənalı olmayan dövrdür.
Balıqlar - baş verən hadisələr sizin təşkilatçılıq qabiliyyətiniz və bacarıqlarınızın sınağa çəkilməsidir. Olaylar sizdə təlaş yaratmasın. Planınızı reallaşdırmağa başlayın. Qətiyyətli olun, kiçik sədlər sizi qorxutmasın.
Milli.Az