12 Noyabr 2020 17:27
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İmzalanmış sənədə görə, yalnız Qarabağı itirmədik, həm bizim, həm də gələcək nəsillərin üzərinə qoyulmuş 50 milyard dollardan çox təzminatı ödəməli olacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki keçmiş nümayəndəsi və sabiq baş prokuror Gevorq Kostanyan deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonda Azərbaycanın məruz qaldığı maddi ziyanla əlaqədar olaraq Ermənistana qarşı təzminatla bağlı məhkəmə hazırlığının getdiyini bildirib:

“Azərbaycana dəyən ziyanın 50 milyard dollardan çox olduğu, hesablamanın bir beynəlxalq təşkilat tərəfindən aparıldığı deyilir. Ötən gün Azərbaycan Prezidenti də bu məsələyə diqqət çəkdi”.

Kostanyan hesab edir ki, Ermənistanın baş verəcək fəlakətdən xilas olması üçün Baş nazir Nikol Paşinyan istefa verməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər