16 Noyabr 2020 10:52
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini M.Allahverdiyevə ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

M.Allahverdiyevin mağazaya getdiyi müəyyən olunub və əraziyə həkim briqadası dəvət edilib.

Onunla profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

M.Allahverdiyev barəsində Qax rayon polis şöbəsinin istintaq qrupunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər