17 Noyabr 2020 16:04
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Teleqraf.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu vəzifə Əlisalam Mədət oğlu Bayramova həvalə edilib.

O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.

Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5 200 hektar suvarılan sahə, 998 km uzunluğundan suvarma kanalları, 7 nasos stansiyası, 129 suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər