Azərbaycanın mədəni beşiyi olan Şuşaya özünün keçmiş şöhrətini geri qaytaracağıq.
Teleqraf.com-un məlumatına görə, bunu Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Sosial şəbəkədə ermənilərin Bülbülün ev muzeyini dağıtdığını əks etdirən videonu paylaşan A.Kərimov bunları qeyd edib:
"Ermənilərin Azərbaycanın məşhur opera müğənnisi Bülbülün ev muzeyinə qarşı etdikləri hərəkətlər bunlardır. Onun ev-muzeyi əvvəllər Şuşada bir mədəniyyət və sənət mərkəzi idi. Biz Qarabağ və Azərbaycanın mədəni beşiyi olan Şuşaya keçmiş şöhrətini qaytaracağıq".