19 Noyabr 2020 14:27
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz ötən müddətdə iki cəbhədə vuruşmuşuq. Mən buna görə tibb işçilərimizə təşəkkür edirəm.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Təəssüf ki, ölkəmizdə 2000-dən artıq gündəlik yoluxma müşahidə olunur. Daha əvvəl maksimal rəqəm 600 olurdu, bu günsə səhiyyə sistemi yüklənir. Ötən müddətdə ölkəmizdə 10-dan çox modul tipli xəstəxana açıldı, xarici ölkələrdən qısa və uzun müddətli fəaliyyət göstərən tibbi mütəxəssislər gətirildi.

Biz müharibədə vuruşan əsgərlərimizə xidmət göstərməyə davam edirik və buna görə də hər iki cəbhədə mübarizə aparırıq. Biz gördük ki, xalqımız istədiyi təqdirdə birlik ola bilir. Bu gün koronavirusa görə birlik göstərməyin vaxtı gəlib".

O qeyd edib ki, yoluxma sayının artması nəticəsində xəstəxanalarda xəstələrin qospitalizasiyası üçün yer sayında azalma müşahidə olunur: "Daha əvvəl gün ərzində maksimal 5000 test aparılırdısa, bu gün onu 13000-ə çatdırmışıq. Paralel olaraq dünyasını dəyişən xəstələrimizin də sayı 10-dan 25-ə yüksəlib.

Artıq bütün dünyanın gəldiyi nəticəyə görə, virusla mübarizədə karantindən başqa yol yoxdur. Biz bunu Avropa ölkələrində də gördük, hər birində fərqli sərt karantin tədbirləri görülür. Nəzərə alaraq ki, qarşıdan qış fəsli gəlir, başqa mübarizə yolumuz qalmayıb. Peyvəndin tətbiqinə başlayana qədər başqa yol yoxdur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər