22 Noyabr 2020 19:14
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ÜST indiyədək koronavirus pandemiyasının aradan qaldırılması üçün real hesab ediləcək heç bir addım atmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının bitməsində deyil, davam etməsində maraqlıdır:

“Dənizin dibində göbələklərin araşdırılması üçün layihələrə milyonlar xərcləyən ÜST indiyədək koronavirus pandemiyasının aradan qaldırılması üçün real hesab ediləcək heç bir addım atmayıb. Ayırdığı maliyyələr isə xəstəliyin simptomları ilə mübarizəyə yönəldilib. Peyvəndin tapılması üçün isə bu günə qədər bir iş görməyən ÜST peyvəndin tapılmasına səbəb olacaq istənilən araşdırmanı saxta elan edir. Hər hansı bir ölkə peyvəndin əldə olunmasına yaxınlaşanda, araşdırmanın dayanması üçün təzyiqlər edir.

Ümumdünya Səhiyyə Təşkilatı sadəcə yararsız deyil, həm də zərərli təşkilatdır. Sadəcə proqnoz verməklə işini bitmiş hesab edir. Karantin dünyada bir qrup korporasiyanın təsəvvüredilməz dərəcədə varlanmasına səbəb oldu. Bu korporasiyalar dövlətlərə bağlı deyil, fərdlərə bağlıdır və bu daha təhlükəli tendensiyadır”.

Yeganə Hacıyeva hesab edir ki, dünyanın mövcud iqtisadi-siyasi idarəçiliyi həmin korporasiyaların əlinə keçməyə başlayıb:

“Hesab edirəm ki, ÜST də bu qrupların əlində olan marionet bir qurumdur. İndi də 2021 ci ilin yaz ayları üçün 3 cü dalğa elan edib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər