Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohaniyanın barəsində Azərbaycan Hərbi Prokurorluğunda istintaq aparılır.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuiat xidmətindən bildirlib.
“Seyran Ohanyanin axtarış verilməsinə dair Kütləvi İnformasiya Vasitələrində yayılmış məlumatla bağlı bildiririk ki, həmin cinayət işi Hərbi Prokurorluqda istintaq edilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.