23 Noyabr 2020 17:47
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, bu səbəbdən aşağıdakı istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

- Heydər Əliyev prospekti - köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinə qədər;

- A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində;

- Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;

- Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;

- Z.Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyə qədər;

- Afiyəddin Cəlilov küçəsi

- Babək prospekti - Yusif Səfərov prospekti istiqamətində.


Müəllif: Teleqraf.com