26 Noyabr 2020 20:51
2 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda yaşayan şairə Nisəbəyim vəfat edib.

Teleqraf.com xəbər verir ki, Nisəbəyim bir müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci ildə Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir.

1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M.Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və ömrünün sonuna kimi həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdi.

Nisəbəyim 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Bir neçə şeir və nəsr kitabları çapdan çıxmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər