27 Noyabr 2020 12:06
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə əks-epidemik tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a verilən məlumatda bildirilir ki, hər gün 30 istehsalat bazasında axşam xətdən qayıdan avtobuslar müvafiq qaydada yuyulur təmizlənir və xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur:

"Mütəmadi olaraq işlərə nəzarət məqsədi ilə əməkdaşlarımız gecə saatlarında istehsalat bazalarında olurlar. BNA əməkdaşları hər gün avtobusların dezinfeksiya edilməsi prosesinə nəzarət edirlər. Hər hansı bir daşıyıcı tərəfindən bu işlərin icrasında hər hansısa laqeyidlik olarsa o zaman buna qarşı təcili tədbirlər görülür".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər