Rusiya Federasiyasının Kazan şəhərində MDB-nin Standartlaşdırma, Metrologiya və Uyğunluğun qiymətləndirilməsi üzrə Şurasının metrologiya üzrə Elmi-Texniki Komissiyanın 40-ci iclası və bu Komissiyanın “Dağıdılmadan nəzarət üzrə” işçi qrupun 16-cı iclası keçirilib.
İclaslarda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Metrologiya şöbəsinin müdir müavini Yusif Həsənov iştirak edib.
Tədbirdə Rusiya Federasiyasının, Belarus, Qırğızıstan, Özbəkistan, Ukrayna, Modova və Azərbaycan Respublikasının metrologiya üzrə mütəxəssisləri adıçəkilən sahəyə aid bir çox məsələləri müzakirə edib və fikir mübadiləsi aparıblar.
Bunların sırasında ölçmələrin vəhdətinin təmin olunması sahəsində dövlətlərarası standartların təkmilləşdirilməsi, Dövlətlərarası şuranın 2020-ci il üzrə inkişaf strategiyasından irəli gələn məsələlər prioritet təşkil edib.
Həmçinin dağıdılmadan nəzarət sahəsində milli orqanlar tərəfindən həyata keçirilən işlər müzakirə olunub, dağıdılmadan nəzarət üzrə işçi qrupun ixtisasının artırılması və sertifikatlaşdırılması üzrə İSO 9712:2005 beynəlxalq standartı əsasında dövlətlərarası standartın hazırlanması qərara alınıb.
İLHAMƏ