20 Oktyabr 2014 10:52
3 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin Akademiyasında gənc kursantların andiçmə mərasim keçirilib. DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə çatdıran DSX Akademiyasının rəisi general-mayor A.Məmmədov Azərbaycan sərhəd mühafizəsi üçün peşəkar zabitlərin hazırlanması işinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunduğunu, akademiyanın şəxsi heyətinin üzərilərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk etmələrini və bundan şərəf duymalarını xüsusi vurğulayıb.

General-mayor A.Məmmədov mərasimdə iştirak edən kursant valideynlərinə və ailə üzvlərinə müraciət edərək, övladlarının sərhədçi zabit olmaq yolunu seçməklə, Vətənə layiqli müdafiəçi, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələri işinin daim diqqət mərkəzində olacağını, akademiyanın zabit, gizir, professor-müəllim heyətinin bütün bilik, təcrübə və bacarıqlarını onlardan əsirgəməyəcəklərini bildirib.

Gənc kursantlar adından İbrahim Əsgərov çıxış edərək komandir və valideynləri qarşısında sərhədçi peşəsinin sirrlərinə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçi adını daim uca tutacaqlarına söz verib.

Mərasimin rəsmi hissəsinin sonunda gənc kursantlar təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.

Daha sonra akademiyanın akt zalında kursantların valideynləri və ailə üzvlərilə görüş keçirilib. Görüşdə qonaqlara akademiya barəsində məlumat verilib və kursantların təlim-tərbiyəsində onların yaxından iştirak etmələrinin vacibliyi xüsusi qeyd olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər